Xidmət qrupumuz öz sahəsinin mütəxəssisi olan mühəndis və texniki heyətdən ibarətdir.

Montaj qrupumuz müştərilərin tələblərinə uyğun olaraq işləyir, montaj proseslərini layihə əsasında tamamlayırlar. Son nəzarət qrupu işlərin layihəyə tam uyğunluğunu yoxlayır və müştəriyə qüsursuz bir şəkildə təslim edir. Bütün bu proseslərdə öncəliyimiz müştəri məmnuniyyəti, təhvil verdiyimiz layihələrin təhlükəsizliyi və rahatlığıdır.


Yüksək ixtisaslı texniki heyətimiz proyektinizi yeni və müasir bir lift, eskalator, travelator və ya avtomatik qapı ilə zənginləşdirməyinizə yardımçı olacaqdır. Quraşdırılan avadanlıqlar yüksək keyfiyyəti ilə hətta ən qızğın iş zamanı belə insanları sürətli bir şəkildə getmək istədikləri yerə çatdırır.