+994125626553         Z.Bünyadov 1965, Çinar Park , Bakı AZ1075

Liftlər

TS GROUP MMC Koreya, Almaniya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan sərnişin, yük və sənaye tipli liftlərin satışını və quraşdırılmasını həyata keçirir. Xidmətə layihələndirilmə və interyerə uyğun liftin dizayn olunması daxildir.

Liftlər şəhər həyatında səmərəliliyin artırılmasında istifadə olunur və bina içərisində insanların və müxtəlif malların verikal daşınmasına xidmət edir. TS GROUP MMC müxtəlif ölçülü, qaldırma gücü və qaldırma hündürlüyündə tam fərdi liftlər təklif edir. Layihəniz üçün ən son texnologiyalarla təchiz olunmuş istənilən növ daşınma həllərimiz mövcuddur.

Quraşdırılma peşəkar mühəndis və işçi heyəti tərəfindən həyata keçirilir, avadanlıq və görülən işlərə rəsmi zəmanət verilir.

Customize

Customize 1

Customize 2

Customize 3

Customize 4

Customize 5

Viso

Abis

Luxxo

Como

Oun

Mətbəx Liftləri

Şirkətimiz Koreya, Almaniya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan, otel, restoran və şəxsi villalar üçün istifadə olunan  pəncərə tipli və yer tipli mətbəx liftlərinin layihələndirilməsi, dizaynı, satışı və quraşdırılmasını həyata keçirir. Mətbəx liftlərinin (dumbwaiter) satışı və quraşdırılması zamanı qarantiya verilir. 

Lift Sterilizasiya Qurğuları

ASel sterilizatoru virusların ən sıx yayılma yerlərindən olan xəstəxanalar, məktəblər və digər ictimai yerlərdə liftlərin hər an təmiz olması üçün hazırlanmışdır. Bu avadanlıq havada olan və divarlara yapışmış mikrobları tamamilə sterilizasiya edə bilir. Ənənəvi dezinfeksya işlərindən fərqli olaraq, ASel lift sterilizasiya qurğusu müəyyən intervallarla lifti öz-özünə sterilizasiya edilir. Bu, real vaxtda infeksiyanın yayılmasının qarşısının alınmasına kömək edir.

Mini sterilizasiya qurğusu liftdə çirklənmiş idarəetmə düyməsinin üstündə quraşdırılır və düyməni və havanı sterilizasiya edir.

Spesifikasiyalar

Eskalatorlar

Bir çox insanı eyni anda yuxarı və ya aşağı hərəkət etdirmək lazımdırsa, eskalatorlar ideal həll yoludur. Hava limanları və ticarət mərkəzlərində eskalatorlar insan kütlələrinin təhlükəsiz və sürətli daşınmasını təmin edir. TS GROUP MMC Qapalı və ya açıq məkanlar, kommersiya tipli və ya ictimai yerlər üçün müxtəlif eskalator həlləri təklif edir. Kommersiya eskalatorlarının 35 dərəcə 6 m-ə qədər qalxan və  30 dərəcə 10 m-ə qədər qalxan tipləri mövcuddur. İnfrastruktur layihələri üçün nəzərdə tutulan ağır yük eskalatorları (İctimai Trafik Eskalatoru) 30 dərəcə və 16 m hündürlüyə qədər istehsal olunur.

Travelatorlar

İctimai yerlərdə baqaj və arabalarla daha uzun məsafələri qət etmək heç də çətin deyil. Travelatorlar insanlara böyük məsafələri rahat və tez qət etməyə imkan verir. Üfüqi və ya meylli, onlan travelatorlar tez quraşdırılır, etibarlıdır və enerjiyə qənaət edir. Travelatorlar həm supermarketlər kimi kommersiya binaları üçün hündürlüyü 9 metrə qədər olan 12 dərəcə meyllilikdə, həm də hava limanları və uzun keçidlər üçün 100 metrə qədər üfüqi məsafəni qət etməyə xidmət edir.

Scroll to top
WhatsApp